Tramp Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verib
Yanvar 23
10:44
2025
ABŞ Prezidenti Donald Trampın administrasiyası Narkotiklərlə Mübarizə İdarəsinə (DEA), spirtli içkilər, tütün, odlu silah və partlayıcı maddələrə nəzarət bürosuna (ATF) və Marşal Xidmətinə qeyri-qanuni miqrantları deportasiya etmək səlahiyyəti verib.
Qəzetin məlumatına görə, daxili təhlükəsizlik naziri səlahiyyətlərinin icraçısı Benjamin Hafman öz qeydlərində Federal Təhqiqat Bürosunun agentlərinin də miqrantları saxlamaq səlahiyyətinə malik olduğunu qeyd edib.