Tramp bu həftə Putinlə telefon danışığı aparmaq niyyətindədir

Mart 12
09:12
2025
ABŞ prezidenti Donald Tramp yaxın bir neçə gün ərzində Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsi ilə bağlı telefon danışığı aparmağı planlaşdırır.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlaması zamanı bildirib.
"Mən Vladimir Putinlə danışacam. Dediyim kimi, tanqo üçün iki nəfər lazımdır", - Tramp bildirib.
Tramp həmçinin Rusiyanın Ukraynada atəşkəslə bağlı Ciddədə müzakirə edilən təklifləri qəbul edəcəyinə ümid etdiyini deyib.