Tramp ABŞ-nin İrana mümkün hücumunun uğurlu olacağına şübhə edir - "Axios"

İyun 19
09:06
2025
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi hücumun tam uğurlu olacağına şübhə ilə yanaşır.
Qeyd olunur ki, prezidentin bu məsələdə qeyri-müəyyənliyi hələlik zərbə qərarını verməməsinin əsas səbəblərindən biridir.
APA xəbər verir ki, bu barədə "Axios" portalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp köməkçilərindən ABŞ-nin yeraltı möhkəmləndirilmiş obyektləri bombalaması planının işləyib-işləməyəcəyi maraqlanır.