SON XƏBƏR

Tramp 41 milyona aldığı malikanəni rus milyarderə 100 milyona necə satıb?

Fevral 12
13:18 2018
ABŞ Senatınının maliyyə komitəsinin üzvü Ron Vayden Maliyyə Nazirliyinə sorğu göndərib.
 
Senator sorğuda Floridadakı Palm-Biç rayonunda prezident Donald Trampa məxsus malikanənin Rusiya milyarderi Dmitri Rıbolovlevə satması ilə bağlı bəzi şübhəli məqamlaırn olduğunu bildirib.
 
Belə ki, Trampın həmin malikanəni 41 milyon dollara aldığı, lakin cəmi 4 il sonra onu 100 milyon dollara satdığı ortaya çıxıb.
 
"Prezidentin həmin dövrlərdə qeyri-sabit maliyyə vəziyyətini nəzərə alaraq mən Palm Biçdəki ərazinin satılmasının ayrıca araşdırma mövzusuna çevrilməsinin tərəfdarıyam. Konqresin bu pulları yoxlaması, habelə ABŞ prezidenti,və onun Rusiyadakı partnyorları tərəfindən qeyri-qanuni maliyyə vəsaitlərinin yuyulması faktının araşdırması olduqca vacibdir”, - Oreqon ştatından olan senatorun yazısında bildirilir.
 
Qeyd olunur ki, Tramp Maison de L'Amitie adlı 2,5 hektarılıq bu daşınmaz obyekti 2004-cü ildə 41 milyon dollara lıb. Sonradan əmlak milyarderi onun yenidən qurulmasına 25 milyon dollar xərc çəkdiyini söyləyib. (Ekspertlər əslində rəqəmin daha az olduğunu ifadə edirlər). 2006-cı ildə Tramp ərazini 125 milyon dollara satışa çıxarıb. Həmin vaxt bu ABŞ üçün belə rekord sayılırmış. 2008-ci ildə iqtisadi böhrandan öncə rusiyalı milyarder "Uralkaliya” konserninin sahibi, Dmotri Rıbolovlev həmin ərazini almaq üçün Trampa müraciət edib. 
 
Lakin malikanəni alan adamın qaranlıq işləri amerikalı qanunvericilərinin diqqətini cəlb edib.
 
Ərazini texniki olaraq satın alan County Road Property L.L.C. şirkətidir. Bu şirkət rusiyalı milyarderin sahib olduğu bir offşor trastı tərəfindən idarə edilir. (Rıbolovlev adı bir çox şübhəli və qaranlıq maliyyə əməliyyatlarda hallanan, Putinin yaxın əhatəsində olan adamların malik olduğu sərvətlərin offşor hesablarında yatırılmasında və yuyulmasında çəkilən Bank of Cyprus-un 10%-lik səhmlərinə sahibdir).
 
2013-cü ildə Rıbolovlevin boşandığı arvadı (Yelena Rıbolovleva) bəyan edib ki, keçmiş əri onların nikahda olarkən birlikdə qazandıqları mülkiyyəti offşorlarda gizlədir. Buna görə Yelena Rıbolovleva iddia ərəzisini həmin malikanə üçün də qaldırıb. Rıbolovlev 2016-cı ildən başlayaraq əlindəki bu qiymətli daşınmaz əmlakı hissə-hissə satışa çıxarmağa başlayıb.
 
2018-ci ilin yanvarında isə Rıbolovev ABŞ Maliyyə Nazirliyinin sanksiya tətbiq etdiyi 96 oliqarxın siyahısına düşüb.
 
Amerikalı senatorlar indi Kremllə yaxınlığı bilinən rusiyalı milyarderlə sövdələşməsindən ötrü prezidentin yaxasından yapşıblar. Hər iki tərəf isə bir-biri ilə heç vaxt görüşmədiklərini bəyan etməkə kifayətlənib.

Lakin, görünür, Trampın onsuz da başıbəlalı Rusiya əlaqələri üçün yeni bir dosye açılacaq.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook