SON XƏBƏR

"Toyota-Bakı Mərkəzi" qanunu pozub - Məhkəmə qərar verəcək

Oktyabr 05
18:53 2023
"Toyota-Bakı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook