"Torpaq donandan sonra əks-hücuma keçəcəyik" - Ukrayna müdafiə naziri
Dekabr 12
03:59
2022
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava şəraiti ilə əlaqədar cəbhədə fəallığın azaldığını, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini bildirib.
"Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Lakin Ukrayna Silahlı Qüvvələri dayanmaq fikrində deyil. Ona görə də yerin sərtləşdiyi andan istifadə edərək, əminəm ki, əks-hücumlarımızı, ərazilərimizin azad edilməsi üzrə kampaniyamızı davam etdirəcəyik”, - o vurğulayıb.



