SON XƏBƏR

Torpağa dollar basdıran şəxslər saxlanılıb - Foto

Fevral 28
09:02 2022
Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Qax Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 9300 ABŞ dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri - Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa təhvil veriliblər.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, dolları isə bankaya qoyaraq iz itirmək məqsədilə N.Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar. Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.

Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook