Tokayev və Putin Moskvada müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar
Noyabr 11
10:18
2025
Tokayev və Putin Moskvada Hərtərəfli Strateji Müttəfiqlik haqqında Bəyannamə imzalayacaqlar.
Qeyd olunub ki, Moskva ilə Astana arasındakı tərəfdaşlıq Avrasiyada təhlükəsizlik sisteminin qurulması üçün təmələ çevrilib.
"Sanksiyalar və "vakxanaliyaya" baxmayaraq, Rusiya və Qazaxıstan əməkdaşlığının sabitliyini qoruyub saxlaya biliblər. Qazaxıstanda Putinə "qlobal fiqur" kimi hörmət edilir. ABŞ, Çin və digər ölkələr Rusiyanın və onun liderinin beynəlxalq münasibətlərdəki ciddi problemlərin həllində geosiyasi rolunu tanıyırlar",deyə Tokayev məqaləsində bildirib.



