SON XƏBƏR

Tokayev Qazaxıstanın yeni baş nazirini təyin etdi

Fevral 06
16:34 2024
Çərşənbə axşamı, fevralın 6-da Oljas Bektenov Qazaxıstanın baş naziri vəzifəsinə təyin edilib. Onun namizədliyini ölkə prezidenti Kasım-Comart Tokayev təsdiqləyib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bir gün əvvəl Əmanət partiyası baş nazir postuna Bektenovu təklif edib. Günün ikinci yarısında Qazaxıstan parlamentində onun namizədliyinə baxılıb. 

Parlamentin aşağı palatası olan Məclisdə demək olar ki, bütün fraksiyalar Bektenovun namizədliyini dəstəkləyib: 69 deputat lehinə səs verib, 7 deputat bitərəf qalıb.

Tokayevin sözlərinə görə, Bektenovun "qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün kifayət qədər potensialı var”.

Parlamentdəki çıxışı zamanı Tokayev bildirib ki, Qazaxıstan "çox iddialı məqsəd və vəzifələr” qoyur, ona görə də ölkəyə "yeni insanlar və yeni vizyon” lazımdır.
43 yaşlı Oljas Bektenov baş nazir təyin olunana qədər prezident administrasiyasına rəhbərlik edib. Bu vəzifəyə o, 2023-cü ilin aprelində təyin edilib. O, bundan əvvəl Korrupsiyaya qarşı mübarizə agentliyinin sədri olub

Xatırladaq ki, bazar ertəsi, fevralın 5-də Qazaxıstan prezidenti Kasım-Comart Tokayev hökumətin istefasını qəbul edib. Hökumət başçısının birinci müavini Roman Sklyar müvəqqəti baş nazirin səlahiyyətlərini icra edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook