Timoşenko prezident ola bilər
Mart 17
10:37
2016
Ukraynada rəy sorğusu keçmiş baş nazir Yuliya Timoşenkonun prezidentliyə şansının daha yüksək olduğunu göstərir.
İnternet portalı olan "Şərhçi” nəşri Kiyevdəki beynəlxalq sosioloqiya institutunun keçirdiyi sorğuya istinadla yazır ki, əgər prezident seçkisi bu il martın ortalarında keçirilsə Timoşenko təxminən 21, prezident Pyotr Poroşenko 18, "Radikal partiyası”nın lideri Oleq Lyashko isə 12 faiz səs toplayar.
Ali Rada seçkilərində isə Timoşenkonun "Batkivşina” partiyası 18,5 , "Müxalifət bloku” 13,5 , "Pyotr Poroşenko Bloku” isə təxminən 11 faizdən bir qədər artıq, baş nazir Arseniy Yatsenyukun "Xalq cəbhəsi” partiyası isə 2 faizə yaxın səs toplaya bilər.
Ukraynada növbəti prezident seçkisi 2019-cu il martın 31-ə təyin edilib./Azadlig.org/
Qlobal.az



