"Tikinti Təminat” şirkətinin işçisi bədbəxt hadisə nəticəsində öldü
Dekabr 20
15:11
2019
Bakıda tikinti şirkətinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
"Report” xəbər verir ki, "Tikinti Təminat” MMC-nin rəngsazı Mübariz Cəfərov həmin MMC-yə məxsus "Ford” markalı yük maşınına minib, maşın dönərkən müvazinətini saxlaya bilməyərək yıxılıb.
Hadisə nəticəsində M.Cəfərov baş nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılarkən yolda vəfat edib.
İlkin ehtimala görə hadisənin başvermə səbəbi təhlükəsizlik qaydalarına riayət olunmama olub.

Qlobal.az