Tiflis Moskva ilə razılaşmanı imzalayır
Mart 30
19:35
2016
"Qazprom”la müqavilənin detallarının aydınlaşdırılması yaxın bir neçə gün ərzində bitəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili söyləyib. Onun sözlərinə görə, "Qazprom”la razılaşma bundan əvvəlki müqavilələrdən fərqlənməyəcək.
Qeyd edək ki, Gürcüstan bir müddət öncə "Qazprom”dan əlavə qaz alınması üçün danışıqlara başlayıb. Sonradan SOCAR-la razılaşan Tiflis rus qazının həcminin artırılmasından imtina edib. Üstəlik, Gürcüstan hökuməti məhz bu proses çərçivəsində müxalifətin kəskin etirazı ilə üzləşib.
Azərbaycanın Gürcüstanın qaza olan tələbatının 60%-dən çox hissəsini ödəyir. Rusiya ilə Gürcüstana illik 300 milyon kub metr qaz verir.

Qlobal.az