Tibbi sənədləşmə elektronlaşdırılacaq
Dekabr 18
12:23
2024
Tibb qeydiyyat üzrə sənədləşmə işlərinin elektronlaşması mütləqdir.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O müasir rəqəmsallaşma ilə ayaqlaşmağın vacibliyini vurğulayıb:
"Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrizlər, digər şəhadətnamələrlə yanaşı, tibbi sənədləşmənin də elektronlaşması mümkün olacaq", - nazirlik rəsmisi əlavə edib.
R.Quliyev onu da qeyd edib ki, tibb müəssisələrinin akkreditasiya olunması ilə bağlı noyabr ayında müvafiq mərkəz yaradılıb, ştat formalaşdırılır, bu yöndə aktiv işlər görülür:
Layihənin təkmilləşdirilməsindən sonra növbəti ildə tibb müəssisələrinin yeni qayda üzrə akkreditasiyasının, keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini görəcəyik".