Tibb Universiteti, yoxsa Gəray Gəraybəylinin “ailə podratı“?
Oktyabr 27
13:05
2021
Dövlətin Tibb Universitetinə ayırdığı milyonlarla vəsaiti obyektlərə, malikanələrə kimlər xərcləyir?
Prezident İlham Əliyevin daxili siyasi strategeiyasının mühüm dayaqlarından biri təhsil konsepsiyasıdır. Hər il təhsilin keyfiyyəti, təhsil infrastrukturunda müasir texnologiyaların tətbiqi, dünyanın qabaqcıl elm müəssisələri ilə elmi mübadilələr yüksələn xətt üzrə davam edir.
Azərbaycanda hər il inkişafına, müasir texnologiyalarla təchiz olunmasına, yeni avadanlıqların alınmasına dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılan təhsil müəssisələrindən biri də Tibb Universitetidir. Dövlətin ayırdığı bu vəsaitlərin və elmi-pedaqoji heyətin birgə, yorulmaz səyi nəticəsində Tibb Universiteti bu illər ərzində təhsil müəssisəsi olmaqla yanaşı, eyni zamanda regionun sayılıb-seçilən tədqiqat-innovasiya mərkəzlərindən birinə çevriləməli idi. Lakin bu universitetin rəhbərliyinin nəzarəti altında tüğyan edən korrupsiya dövlətin illərlə bu sahəyə sərf etdiyi milyonlarla vəsaiti sözün əsl mənasında havaya sovurdu.
AzFakt.com saytının araşdırması zamanı məlum oldu ki, Gəray Gəraybəyli 2016-cı ildə Tibb Universitetinə təyin ediləndən qısa zaman sonra universiteti sözün əsl mənasında "ailə podratı"na çevirib.
Uğurlu fəaliyyətinə böyük ümidlər bəslənən rektor G.Gəraybəyli ilk öncə universitetin təhsil tərəfinə yox, təsərrüfat-maliyyə sahəsinə xüsusi diqqət ayırmağa başladı. Universitetin mühasibatlıq və digər təsərrüfat sahələrinə yaxın qohum-tanışları vəzifəyə təyin edildi.
AzFakt.com saytı xəbər verir ki, Tibb Universitetində ən çox maxinasiya halları burada keçirilən satınalmalarda baş verir. Demək olar ki, son bir neçə ildə burada cari və əsaslı təmir adı altında milyonlarla vəsait silinib. Saxta MMC-lərlə müqavilələr bağlanaraq böyük məbləğdə vəsaitlər "otkad" formasında geri alınıb. Universitetdə milyonlarla manat vəsaitin müqabilində aparılan təmir işləri isə sadəcə kosmetik xarakter daşıyıb.
Apardığımız qısa araşdırma onu göstərir ki, Tibb Universitetində baş verən korrupsiyanın başında təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadə dayanır.
Onu qeyd edək ki, Elçin Əlizadə rektor Gəray Gəraybəylinin bacısının həyat yoldaşıdır və bu vəzifəyə G.Gəraybəylinin əmri ilə təyin edilib.
Məlumata görə Elçin Əlizadə Tibb Universitetinin təsərrüfat və təchizat şöbəsinin müdiri təyin edildikdən sonra paytaxtın ən prestijli və bahalı yerlərindən biri olan - Mərdəkan qəsəbəsində özünə dəbdəbəli malikanə inşa etdirib.
Məlumata görə malikanənin inşa edildiyi torpaq sahəsinin qiyməti 200 min manata yaxındır.
İki mərtəbəli malikanənin hazırkı bazar qiymətinin 500-600 min manat arasında ölçüldüyü deyilir.
Qlobal.az