Tibb müəssisələrində dövlət metroloji nəzarətinin aparılmasına başlanılıb
İyul 01
15:22
2022
Ölçmə vəhdətinin təmin olunması sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində dövlət metroloji nəzarətinin aparılmasına başlayıb.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.