SON XƏBƏR

Tibb işçilərinin küçə süpürməsi xəbərinə icra hakimiyyətindən açıqlama

Mart 13
13:19 2023
Şirvan Şəhər İcra Hakimiyyəti icra başçısının tibb işçilərinə küçə təmizlətdirməsi xəbərinə münasibət bildirib.
 
Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir:
 
""İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdi” başlıqlı paylaşımınıza cavab olaraq bildiririk ki, 11 mart 2023-cü il tarixdə elimizin adət-ənənələrinə uyğun olaraq, bahar fəslini "Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə Şirvan şəhər ərazisində ümumşəhər iməcliyi təşkil olunub.
 
İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər.  Hər bir müəssisənin əməkdaşları həmin müəssisənin xidməti ərazisinin təmizlənməsində iştirak edib. 

İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib. Ona görə də heç bir məcburiyyətdən söhbət gedə bilməz. 

Ümumşəhər iməcliyi barədə 11 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb. İnternet saytlarından əsassız, böhtan xarakterli məlumatların paylaşılmaması xahiş olunur".
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook