SON XƏBƏR

“The Economist” Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Noyabr 07
11:12 2025
"The Economist Group”un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit” (EIU) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

"APA-Economics” xəbər verir ki, EIU ölkə iqtisadiyyatındə gələn il 3% civarında iqtisadi artım olacağını proqnozlaşdırıb.

EIU-nun qiymətləndirməsinə əsasən, Azərbaycan 2026-cı ildə sabit, lakin artım potensialı olan iqtisadiyyatlar qrupuna daxildir.

EIU hesab edir ki, gələn il qlobal iqtisadi artım 2,4% təşkil edəcək. Asiya regionu ən yüksək templə inkişaf edən bölgə olaraq qalır – Hindistan və Vyetnamda artım 5–7%, Çin və İndoneziyada isə 4–5% aralığında proqnozlaşdırılır. Afrika və Yaxın Şərq ölkələrində orta artım 3–4%, Avropa İttifaqı ölkələri və Böyük Britaniya üçün artım 1–2%, ABŞ üçün isə təqribən 2% səviyyəsində gözlənilir.

"The Economist" Rusiya və bir sıra Şərqi Avropa ölkələrində artımın 2%-dən aşağı qalacağını, region ölkələri - Qazaxıstanda iqtisadi artımın 3,5–4%, Gürcüstanda 4–4,5%, Türkiyədə 3% təşkil edəcəyini müəyyən edib.

Qeyd edək ki, 2026-ci ilin büdcə layihəsində ölkədə ortamüddətli iqtisadi artım 3,5% səviyyəsində proqnozlaşdırılıb. Cari il üzrə bu rəqəm 3%, 2026-cı il üzrə 2,9%, 2027-ci il üzrə 3,3%, 2028-i il üzrə 3,1% və 2029-cü il üzrə 4,8% müəyyən edilib. Beynəlxalq maliyyə təşkilatlarının isə növbəti ildə Azərbaycanda iqtisadi artımla bağlı gözləntiləri 2,4%-3,1% aralığındadır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook