SON XƏBƏR

Teymur Mahmudov mətbuat katibi təyin olundu

May 14
02:10 2020
"Azəraqrartikinti"yə yeni mətbuat katibi təyin olunub.

Bu vəzifəyə tanınmış jurnalist Teymur Mahmudov təyinat alıb. Teymur Mahmudov facebook profilində bu barədə məlumat paylaşıb:

"Bu gündən etibarən "Azəraqrartikinti" ASC-nin mətbuat katibi vəzifəsinə təyin olundum. Bu məsul vəzifəyə təyin olunmağıma etimad göstərdikləri üçün "Azəraqrartikinti Açıq tipli Səhmdar  cəmiyyətinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Qarşıda böyük məsuliyyət tələb edən vəzifələr dayanır"
 
Qeyd edək ki, Teymur Mahmudov əvvəllər "Panorama" qəzeti (1996-1998), ANS TV (1999), STV Türkiyə (1999-2002 ), "Yeni Yüz İl" qəzetində (2002) fəaliyyət göstərib, Xətai rayon İcra Hakimiyyətinin humanitar şöbədəsində böyük məsləhətçi, Xətai rayon Mədəniyyət Mərkəzində direktor (2003-2010) və Yasamal rayon İcra Hakimiyyətində çalışıb. Son olaraq "Kristal Beton"un Binəqədi filialının direktoru olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook