SON XƏBƏR

"Texnika Bank" bağlandı

Fevral 02
11:27 2016
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Texnikabank" ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.
 
Bu barədə "Report"a AMB-dən məlumat verilib.
 
***
 
"AMB-nin İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib", - deyə məlumatda bildirilib. "Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən Banka müvəqqəti inzibatçı təyin edilib. AMB bildirir ki, "Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook