Tərtərin İcra başçısı: "... prosesə şəxsən nəzarət edirəm"
Dekabr 19
20:12
2019
"Tərtər Rayon İcra Hakimiyyətində saxlanılan şəxs yoxdur".
İcra Hakimiyyətinin başçısı deyib ki, rəhbərlik etdiyi qurumda Maliyyə Nazirliyi və ya digər hökumət qurumlarının audit-yoxlama aparması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Bizdə heç bir yoxlama aparılmır. Bu barədə yayılan xəbərlərin hamısı yalandır. Rayon İcra Hakimiyyətinin fəaliyyətində şəffaflıq daim qorunur və bu prosesə şəxsən nəzarət edirəm".
Müstəqim Məmmədov qeyd edib ki, qanun pozuntuları ilə bağlı rayon İcra Hakimiyyəti əməkdaşlarının hər hansı birinin saxlanılması haqda xəbərlər doğru deyil:
"Maraqlı dairələr var ki, onlar seçkiqabağı şou yaradırlar".
Xatırladaq ki, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavinləri - Ramiz Tatarov (həmçinin, YAP rayon təşkilatının sədri) və Lalə Eyyubova saxlanılıblar.



