SON XƏBƏR

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin siyahısı

Dekabr 06
12:57 2022
"Tərtər işi" ilə bağlı barələrindəki həbs-qətimkan tədbiri ləğv olunaraq azadlığa buraxılan 19 nəfərin adları məlum olub.
 
Musavat.com həmin şəxslərin siyahısını təqdim edir:
 
1. Baş leytenant Zeydullayev Sultan Ramazanoviç, Bakı şəhəri
2. Baş leytenant Əhmədov Faiq Əlibəy oğlu, Salyan şəhəri
3. Leytenant Əliyev Nasif Mehman oğlu, Bakı şəhəri
4. Leytenant Orucov Rauf Rəşid oğlu, Sumqayıt şəhəri
5. Leytenant Rəhimov Atabəy Müqabil oğlu, Lerik rayonu, Orand k.
6. Gizir Adilzadə Emin Qadir oğlu, Beyləqan rayonu, Milabad qəs.
7. Gizir Qasımov Məcid Kamal oğlu, Qazax rayonu, Canallı k.
8. MAXE Mehtiyev Mirpaşa Zahid oğlu, Ağcabədi rayonu Sarıcalı k.
9. MAXE Əhmədli Müşviq Seymur oğlu, Bərdə şəhəri
10. MAXE Quliyev Əlizamin Ələmdar oğlu, Tərtər rayonu Qapanlı k.
11. Əsgər İbrahimli Turan Marif oğlu, İsmayıllı rayonu Eyyubbəyli k.
12. Gizir Rzayev Nicat Qabil oğlu, Qazax rayonu Ürkməzli k.
13. Gizir Babayev Orxan Nəriman oğlu, Biləsuvar ray. Aşağı Cürəli k.
14. MAXE Quluzadə Altay Natiq oğlu, Tərtər rayonu Ağkənd k.
15. MAXE Abdullayev Zaur Akif oğlu, Gəncə şəhəri
16. MAXE Xəlilov Vəli Sovxoz oğlu, Mingəçevir şəhəri
17. MAXE Aibov Emin Hörmət oğlu, Bakı şəhəri
18. Əsgər Tarverdizadə Yalçın Əmir oğlu, Lənkəran rayonu Balaşürük k.
19. Əsgər Əliyev Emil Abdulnasir oğlu, Xaçmaz rayonu Bostançı k.

Qeyd edək ki, Baş Prokurorluğun bu gün "Tərtər işi" ilə bağlı yaydığı məlumatda bildirilib ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılmış və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.

Eyni zamanda istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook