Tərcümə Mərkəzi gənc yazarların əsərlərindən ibarət antologiya hazırlayır
İyun 20
16:02
2016
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı "Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədilə hazırlanan toplunun redaksiya heyətinin ilk toplantısı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal, Mərkəzin elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı Yaşar Əliyev, ədəbi-bədii mətnlər üzrə dil mütəxəssisləri Mahir Qarayev və Etimad Muradov iştirak ediblər.
Tədbirdə antologiyanın tərtib prinsipləri, kitabda yer alacaq müəlliflərin və onların bədii mətnlərinin seçim kriteriyaları barədə müzakirələr aparılıb.
Toplantının geniş mətni "Aydın Yol” qəzetinin 24 iyun nömrəsində dərc ediləcək.
Qlobal.az