SON XƏBƏR

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Aprel 24
15:12 2024
Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu gün müxtəlif dövlət orqanları tərəfindən keçirilən bir neçə tender müsabiqəsini ləğv edib.

Yeniavaz.com xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tender müsabiqələrini "Dövlət Satınalmaları Haqqında” Qanunun hansı maddələrinə əsasən ləğv etdiyini açıqlayıb.

İqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Dövlət Xidmətinin tender müsabiqələrini ləğv edən zaman istinad etdiyi maddələr mövcud Qanunda yoxdur:

"Məsələn, Pentensiar Xidmətin keçirdiyi tender müsabiqəsi 4 gün əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubu əsasında ləğv olunub.
 
Ləğvetmə səbəbi kimi, "Dövlət Satınalmaları Haqqında” Qanunun 3 müxtəlif maddəsinin tələblərinə istinad edilib. Daha doğrusu Dövlət Xidmətinin açıqlamasında belə yazılıb. Ləğv edilmə səbəbi kimi kimi gösrəilən 4.1.2., 38.2. və 57.3.7.-ci maddələrdə tender müsabiqələrinin ləğvi barədə heç nə yoxdur. "Dövlət Satınalmaları Haqqında” Qanunda 57.3.7.-ci maddə isə ümumiyyətlə mövcud deyil. Yəni, Dövlət Xidməti Qanunda olmayan maddəyə istinad edərək tender müsabiqəsini ləğv edib”.
Ekspert deyir ki, Dövlət Xidmətinin müsabiqələrin ləğv edilmə səbəbi kimi göstərdiyi maddələr hazırda qüvvədə olmayan köhnə Qanunda yer alan tələblərdir:

"Hazırda qüvvədə olan Qanun ötən ilin 14 iyul tarixində Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və bu ilin 1 yanvar tarixindən qüvvəyə minib. Bu səbəbdən Dövlət Xidmətinin qüvvədə olmayan Qanuna istinad etməsi onu göstərir ki, həmin qurumda çalışan əməkdaşların yeni Qanundan xəbərləri yoxdur. Əks halda tender müsabiqəsi Qanunda olmayan maddəyə istinad edilərək ləğv edilməzdi”.

A.Aydın qeyd edir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tenderi ləğv edərəkən ən çox istinad etdiyi maddə 11.1-ci maddədir:

"Köhnə Qanunun həmin maddəsində yazılırdı ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir. Yeni Qanunun 11.1-ci maddəsi isə sənədlərin hansı formada yazılmasından bəhs edilir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook