SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

“Tenderlər, yatırımlar sahəsində pozuntular daha çoxdur” - “Yeni yanaşmaların tətəbiqi zəruridir...”

Fevral 17
10:10 2025
"Əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları və əsaslı vəsait qoyuluşu sahəsindəki nöqsanlar üstünlük təşkil edir”.

"AzPolitika” xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Modern.az” saytına müsahibəsində deyib.

"Son dövrlər aktuallaşan daha bir məqam da var. Bu, qurumların təşkilati-hüquqi formasının dəyişdirilməsi, başqa sözlə, sırf büdcə təşkilatı kimi fəaliyyət göstərən qurumların sayının azalması, təsərrüfat-hesablı müəssisələrin sayının artımı ilə bağlıdır. Bu isə öz növbəsində yeni institusional vahidlərdə vəsaitlərin idarəedilməsi üzrə yeni yanaşmaların yaranmasını zəruri edir”, - o, vurğulayıb.

Ötən il qüvvəyə minən "Dövlət satınalmaları haqqında” Qanunun tətbiqindən sonra vəziyyəti dəyərləndirən V.Gülməmmədov, bir sıra problemləri sadalayıb: "Yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, habelə satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla dövlət büdcəsinin vəsaitinin aidiyyəti istiqamətdə reallaşdırılmasına mənfi təsir edib.

Qiymətləri ölkə bazarında konkret olan malların qanunvericiliklə dövlət satınalmalarının əhatə dairəsindən istisna edilməməsi, habelə yuxarıda qeyd edilən bəzi amillər satınalan təşkilatlar tərəfindən bir mənbədən satınalma metoduna müraciətlərin artmasına səbəb olub.

Qanunvericilikdə dövlət satınalmalarının keçirilməsi üçün minimum məbləğlərin müəyyən edilməməsi ehtimal olunan qiyməti cüzi məbləğlə ifadə olunan predmetlər üzrə dövlət satınalmalarının bəzi hallarda baş tutmaması ilə nəticələnib.
Dövlət satınalmaları ilə bağlı müvafiq portalın funksionallığının yeni qanunvericiliyə tam uyğunlaşdırılmaması satınalan təşkilat tərəfindən müvafiq prosedurların həyata keçirilməsində çətinliklərin yaranmasına səbəb olub”.

Hesabama Palatasının sədri "Dövlət satınalmalarında satınalınan mal və xidmətlərin dəyərinin yüksək göstərilməsi halları müşahidə edilirmi?” sualını belə cavablandırıb: "Məlum olduğu kimi, dövlət satınalmalarını tənzimləyən qanunvericilik müxtəlif satınalma metodlarının tətbiqini mümkün edir.

Qanunun 45-ci maddəsində müəyyən edilmiş metodlardan birinin - açıq tenderin tətbiqi, bu metodun mahiyyəti və fəlsəfəsi mal və xidmətlərin dəyərinin yüksək göstərilməsi ifadəsi ilə artıq uzlaşmır. Başqa sözlə, sırf bu metod üzrə hesab edirəm ki, elektron satınalmaların tətbiqindən sonra bu suala cavab verilməsi ali audit orqanı olan Hesablama Palatasının mandatından kənarlaşan məsələdir. Digər metodların tətbiqində isə bu məsələ auditlər zamanı diqqətdə saxlanılacaq”.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook