SON XƏBƏR

Tenderlə gündəmə gələn qurumun 17 əməkdaşı məhkəməyə müraciət etdi (SİYAHI)

Oktyabr 14
15:42 2022
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin 17 əməkdaşı təmsil etdikləri qurumla bağlı məhkəməyə müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, idarə əməkdaşlarının məhkəmədən əsas tələbi "Əmək mübahisələri – Əmək haqqı tələbi” ilə bağlıdır.

Bunlar Rüstəmov Anar Qurban oğlu, Fərəcov İsmayıl Vəzir oğlu, Həziyev Mədət Adına oğlu, Fərəcov Vəzir Vəkil oğlu, Nağıyev Xannar Balaşirin oğlu, Məmmədov Vasif Yaylaq oğlu, Əhmədov Mirzə Əlriza oğlu, Bəşirov Mahir Babalar oğlu, Abbbasov Vaqif Lətifbala oğlu, İsmayılov Əliəsgər İsmayıl oğlu, Ruma Sahil Əsəd oğlu, Hüseynov Akif Qulam oğlu, İskəndərov Rufulla Ərəstun oğlu, Məmmədov Eldəniz İsa oğlu, Pirquli Yavər İzzətulla oğlu, Həziyev Elman Mədət oğlu, Mirzəliyev Zahid Dədəqardaş oğlu və Şahbazov Məhəmməd Hüseyn oğludur.

Onu da bildirək ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti və Qusar Suvarma Sistemləri İdarəsi yenidən tender qaydalarını kobud şəkildə pozub. Belə ki, Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrə tikinti işlərinin satınalınması və Qusar Suvarma Sistemləri İdarəsi kanalların lildən təmizlənməsi və çay məcralarının tənzimlənməsinin satınalınması ilə bağlı tenderlərə yekun vurulub. Hər iki tenderin qalibi Sumqayıt Melioservis İdarəsi olub.

Tərəflər arasında imzalanan müqavilənin dəyəri 905718.82 AZN və 247233.6 AZN-dir. Tender qaydalarına zidd olaraq müsabiqə qalibinin 11338.50 AZN vergi borcu borcu var.

Bundan əvvəlki 6 tenderlərin qalibi olan Sumqayıt Melioservis İdarəsinin 100 mindən çox vergi borcu yaranmışdı. Qurum məsələ ilə bağlı açıqlama verərək bildirmişdi ki, tender vaxtı yaranan borc cari vergi borcu olub və tam olaraq dövlət büdcəsinə ödənilib: "Hazırda müəssisəmizin dövlət büdcəsinə heç bir tədiyyə növü üzrə borcu yoxdur”.

Hazırki iki məsələyə gəlincə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov bununla bağlı açıqlama veriləcəyini bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook