SON XƏBƏR

Ötən il regionlarda 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb

Yanvar 28
19:37 2016
Gəlirlərin azalmasına baxmayaraq, ötən ildə də bütün sosial proqramlar siyasətinizə uyğun olaraq tam həcmdə icra olunub. Məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi salınıb, 3 min ailənin və ya 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib, Tərtər rayonunda 54 mənzilli yaşayış binası, 11 rayonda 82 fərdi ev tikilib.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
 
Qeyd edilib ki, həmçinin regionlarda 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər və idman, 33 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook