Ötən il heç bir şagirdi ali təhsil müəssisənə qəbul olmayan məktəb haqqında şok məlumat
İyun 10
12:40
2022
Ötən il qəbul imtahanlarında Bakı şəhərinin 306 məktəbinin məzunları iştirak edib.
Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Bu barədə "Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.
Məktəb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin razılığı və dəstəyi ilə açılıb.
2010-cu ildə "Xabad-Or-Avner” məktəbi üçün Heydər Əliyev Fondu və "Or-Avner” Beynəlxalq Fondu tərəfindən yeni bina inşa edilib. Yeni binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və "Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər.
Müasir tələblərə uyğun inşa edilmiş məktəb Bakı şəhəri Xətai rayonunda 1,5 hektar torpaq sahəsində tikilmiş üçmərtəbəli kompleksdən ibarətdir.
Məktəbdə müvafiq tələblərə cavab verən yeməkxana, idman zalı, idman meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, 152 saylı tam orta məktəbin direktoru Zəkay Şayevdir.
Qlobal.az

Qlobal.az xəbər verir ki, əvvəllər "Xabad-Or-Avner" adı altında g=fəaliyyət göstərən 152 saylı məktəb Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən bərpa edilib.
Bakı şəhərində yaşayan yəhudi uşaqlar üçün açılmış "Xabad-Or-Avner" məktəbi 2003-cü ildən fəaliyyət göstərir.
Məktəb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin razılığı və dəstəyi ilə açılıb.
Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", "Yəhudi xalqının tarixi” öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.
Zəkay Şayev, məktəbin direktoru