Ötən il Bərdədə iqtisadiyyatın əsas sahələri üzrə artım qeydə alınıb
Fevral 14
16:14
2016
2015-ci ildə Bərdə rayonunda iqtisadiyyatın əsas sahələri üzrə artım qeydə alınıb.
Bərdə rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə ötən il rayonda ümumi məhsul buraxılışı 331,6 milyon manat, o cümlədən sənaye məhsulları istehsalı 12,8 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı 150 milyon manat, informasiya və rabitə xidməti 1,1 milyon manat, ticarət xidmətləri 99,8 milyon manat olub, 61,4 milyon manat tikinti-quraşdırma işləri aparılıb.
2014-cü ilə nisbətən sənaye məhsulları istehsalı 4,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 5,6 faiz, tikinti-quraşdırma işləri 7,5 faiz, informasiya və rabitə xidməti 9,4 faiz, ticarət xidmətləri 8 faiz artıb.
Qlobal.az