SON XƏBƏR

Təmirinə milyonlar xərclənmiş Musiqili Teatrın səhnəsinə təhlükəli material niyə alınır? - Naşılıq, yoxsa..?

Dekabr 02
11:07 2025
Bir neçə gün öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnə tərtibatı üçün yanğına həssas material alması barədə məlumat vermişdik. 
 
Həmin məlumatda Musiqili Teatrın 10 ədəd (40 kvadrat metr) alkopan materialını "Sən kralsan” tamaşasının qurulması üçün lazım olan digər malların satınalınması" lotu üzrə keçirdiyi satınalma yolu ilə alacağı qeyd edilirdi.
 
Araşdırmamız zamanı məlum oldu ki, Musiqili Teatr "Sən kralsan” tamaşasının qurulması üçün lazım olan digər malların satınalınması" lotu üzrə keçirdiyi 2025-ci ilin noyabr ayının 14-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. 
 
Teatrın "Azərbaycan Dövlət Akademik Musiqili Teatrında libretto müəllifi Ələkbər Tağızadənin "Sən kralsan” tamaşasının qurulması üçün lazım olan digər malların satınalınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 65.617 manat təşkil edir. 
 
Satınalmada fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu qalib elan edilib. 
 
Satınalma müqaviləsinə görə Teatra tamaşa üçün müxtəlif kostyumlar, avadanlıqlar, mal və materiallar alınmalıdır. 
 
Teatrın keçirdiyi bu satınalmada ilginc məqam ehtimal olunan qiymətlə (65.925) açıqlanan qiymətin (65.617) arasında olan yaxınlıqdır. 
 
Dövlət təmirinə on milyon manatlarla vəsait xərclədiyi Musiqili Teatra yanğına həssas materialın alınmasına teatr rəhbərliyi mövqe bildirməyib. 
 
Qeyd edək ki, Musiqili Teatrın direktoru Aqil Bəhramlıdır. 
 
O, bu vəzifəyə 2025-ci ilin aprel ayında təyin edilib. 
 
Xatırladaq ki, Musiqili Teatr 2012-ci ildə Prezident İlham Əliyev cənablarının sərəncamı əsasında təmir edilib. Teatrın təmiri zamanı milli və avropa memarlıq üslubunun ən gözəl nümunələrindən istifadə edilmiş, teatrın səs akustika və səhnə işıqlandırma sistemi də müasir layihə və texnologiyalar əsasında yenidən qurulubdur.
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook