Telman İsmayılovun məxfi hesablarda gizlənən milyonları - VİDEO
Fevral 13
10:29
2017
Rusiyanın "TВ Центр” telekanalı azərbaycanlı milyarder Telman İsmayılov haqqında sənədli film hazırlayıb. Qlobal.Az virtualaz.org-a istinadən xəbər verir ki, postsovet məkanındakı milyarderlər haqqında ən çox danışılanı, Telman İsmayılovun "qalxmasından” və "düşməsindən” bəhs edən sənədli film belə başlanır.
Bu insanın adını hamı eşidirdi. Hamı onun cah-cəlalından, pulları necə səpməsindən danışırdı. Amma əgər pul xərclənirsə, özü də hədsiz miqdarda, deməli, onlar haradansa götürülür…
Telman İsmayılov Bakıda kasıb dağ yəhudilərinin ailəsində doğulub. Ötən əsrin 70-ci illərində onun atası ticarət sferasında yaxşı vəzifə aldı və öz oğlunu bu işin incəliklərinə öyrətməyə başladı. Ayaqqabı ticarətinə Telman İsmayılov 14 yaşı tamam olmamış başladı. 18 yaşında o artıq böyük mağazanın direktoru vəzifəsini tutdu. Onun yaşıdları hələ institut arzusu və ya zavodda karyera ümidi ilə yaşayanda Telman İsmayılov elə böyük məbləğlərdə pullar "fırladırdı” ki, sovet vaxtı ona görə güllələnmə düşürdü.
Telman İsmayılov təbiətcə çox şöhrətpərəst insandır və tezliklə Bakı ona dar və darıxdırıcı gəldi. 80-ci illərdə o, Moskvaya -bütün ölkəni fəth etməyə yola düşdü və tezliklə onu həqiqətən də fəth etdi.
Telman İsmayılov praktiki olaraq bütün öz uğurlarına görə bir insana - Yuri Lujkova borcludur, hansıyla ki, onu ümumi tanışlar yaxınlaşdırmışdılar. Telman İsmayılovun ulduzu Lujkov Moskvanın meri kreslosunu tutandan daha gur parladı. Tezliklə merin himayəsi ilə o, həyatının ən böyük layihəsini – "Çerkizovski bazarı”nı tikməyə başladı.
Qıtlıq və ticarət bumu dövründə həmin bazar hədsiz ölçüdə genişləndi və onlarla futbol meydançası boyda sahəni tutdu. "Çerkizovski bazarı”nın altında köhnə tunellər şəbəkəsi, 100 min insanın yaşadığı yeraltı şəhər yerləşirdi. Miqrant-qullar, quldurlar, fahişələr – yeraltı şəhərin əsas sakinləri idilər. "Çerkizovski”nin ərazisinə heç vaxt polis gəlmirdi və bütün mübahisələr Telman İsmayılovun şəxsi ordusu tərəfindən həll edilirdi.
Sonradan "Çerkizovkski bazarı” həm də Mərkəzi Asiyadan gələn narkotiklərin boşaldılıb-yüklənməsi mərkəzi oldu.
Sonra isə...
Sonra daha çox şeylər oldu. Qalxma-enmə, enmə-qalxma...Filmə baxanda onları özünüz görəcəksiniz. Biz isə yalnız bir məqamı vurğulamaqla kifayətlənirik: telekanalın jurnalistləri hesab edirlər ki, Telman İsmayılovun gizli hesablarında hələ bir neçə yüz milyon dollar qalıb və müflisliklə bağlı bütün bu olanlar ona ondan ötrü lazımdır ki, borclardan qurtulsun.
Dəhşətli maliyyə durumuna baxmayaraq, Telman İsmayılovu səs-küylü şənliklərdə, eləcə də fahişələrin mühitində yenə tez-tez görürlər. Hansıların ki, xidmətləri onlarla min dollara başa gəlir...
Qlobal.az