SON XƏBƏR

Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb - 185,4 milyon dollarlıq ittiham

Noyabr 18
17:05 2021
Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb.

"Kommersant” qəzeti xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb.

T.İsmayılov Rusiya Cinayət Məclləsinin 196-cı maddəsi ilə (qəsdən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.

Bankın iddiasına əsasən, keçmiş oliqarxa məxsus "Ruslayn 2000” ASC VTB-nin tərkibinə daxil olan strukturlardan ümumilikdə, 185,4 milyon dollar kredit götürsə də, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda siyasi sığınacaq alıb/Report.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook