Telefonu yoxlamaya gələnlərin üzünə çırpan baş həkimin köməkçisi: "Fəaliyyətimiz davam edir"
Yanvar 24
14:50
2025
"Laser Beauty Estetik Klinikası"ndan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsində aparıldığı yoxlama ilə bağlı yaydığı açıqlamaya münasibət bildirilib.
Bu barədə Oxu.Az-a açıqlama verən "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanovanın köməkçisi nazirliyin yaydığı məlumatı təkzib edib və fəaliyyətlərini davam etdirdiklərini bildirib.
"Xəbərlərdə gedən məlumat yanlışdır. Yayılan xəbərlər nazirliyin (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin) rəsmi məlumatı deyil. Gedən xəbərlərlə bağlı Rəna həkim (Soltanova) açıqlama verəcək", - deyə o bildirib.
Qlobal.az