SON XƏBƏR

Tələbələrin rəsm sərgisi açılıb

Mart 29
08:28 2016
Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsi tələbələrinin sərgisi açılıb.
 
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə universitetin müxtəlif kurslarda təhsil alan 50-dən çox bakalavr və magistrinin 150-dək işi nümyiş olunub.
 
Sərginin açılış mərasimində ADMİU-nun rektoru Fərəh Əliyeva, Xalq Rəssamı Ağəli İbrahimov və başqaları istedadlı gənclərin üzə çıxarılmasında və ictimaiyyətə təqdim olunmasında tədbirin əhəmiyyətini qeyd ediblər. Tələbələri təbrik edən natiqlər gələcəkdə bu cür sərgilərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıblar.
 
Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, qrafik işlər, kağız üzərində şəbəkə üslubu ilə kəsilən maketlər və digər əsərlər yer alıb.
Fərqlənən tələbələrə diplomlar verilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook