SON XƏBƏR

Tələbələrin köçürülməsinə başlanılır

Yanvar 29
13:06 2021
Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook