SON XƏBƏR

Təhsilli qadınlar ana olmaq istəmirlər - Ekspert

İyun 12
12:59 2023
"Azərbaycanda ailə quran bütün qadınlar tez bir zamanda dünyaya uşaq gətirmək istəyirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva təhsilli qadınların daha gec uşaq dünyaya gətirməsindən danışarkən deyib. 

Mama-ginekoloq bildirib ki, ailə qurub 3 ay hamilə qalmayan qadınlar arasında həkimə müraciət edənlərin sayı çoxdur.
 
"Müraciət edirlər, deyirlər ki, "hamilə qala bilmirik", müalicə olunmaq istəyirlər. Biz də onlara ən azı 6 ay və bir il gözləməlisiniz deyirik. Ana olmaq istəyi hədsiz böyükdür”, deyə həkim vurğulayıb. 

Ginekoloq qeyd edib ki, Azərbaycanda qadınlar bir və iki uşaqla kifayətlənmək istəyirlər: "Son zamanlar analar bir uşaqla kifayətlənirlər. Bunun da səbəbi maddi problemlərlə əlaqədardır. Tibbi səbəblər də mövcuddur, bir sözlə, sonsuzluq baş alıb gedir”. 

Qeyd edək ki, İngiltərənin Oksford universitetinin Leverhulme Demoqrafik Elmlər Mərkəzinin apardığı araşdırmalara görə təhsilli qadınların doğum nisbəti kəskin azalır. Tədqiqatçılar təhsilli qadınların  digərlərinə nisbətdə daha gec uşaq sahibi olduğunu bildirib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook