"Təhsilin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb
Mart 03
10:56
2022
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı genişləndirilib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, siyahıya Təhsilin İnkişafı Fondu da əlavə edilib.
Müəyyən edilib ki, Fondun Nizamnamə fondu 1 milyon manat təşkil edir və Nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur.
Fondun saxlanması xərcləri və fəaliyyəti Nazirlik tərəfindən bu Qərarın 4.1-ci bəndində qeyd edillən vəsait, eləcə də Fondun fəaliyyətindən əldə edilmiş digər vəsait hesabına maliyyələşdirlir.



