SON XƏBƏR

Təhsil nazirliyindən Prezidentə şikayət - Bu biabırçılıqdır!

Oktyabr 20
16:56 2021
Hörmətli prezident İlham Əliyev, Hörmətli Birinci vitse - prezident Mehriban Əliyeva 
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyində Təhsil Nazirliyinin vəzifələrinin nədən ibarət olması barədə məlumatı olmayan qalstuklu və pencəkli şəxslər işləyir. Bu şəxslər yaxşı geyimləri ilə guya hər şeyi bilmələrini bu millətə və Sizlərə göstərmək istəyir. Lakin onlar heç nazirliyin əsasnaməsini bu günə qədər bir dəfə də olsun oxumayıblar ya da oxuduqlarını mənasını başa düşməyiblər. 

Belə ki, orta məktəbdə azyaşlı uşaqların hüquqlarının pozulması, uşaqlara psixoloji təzyiqlər göstərilməsi, özbaşınalığın baş alıb getməsi barədə məlumat verərək şikayət etmişəm. Lakin nazirliyin bu vəzifəsindən xəbəri olmayan şəxsləri mənə rəsmi formada cavab veriblər ki, şikayət etdiyiniz orta məktəb özəl olduğuna görə Təhsil Nazirliyi nəzarət etmir.

Hörmətli prezident İlham Əliyev bu biabırçılıqdı. Çünki Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında əsasnamənin 2-ci bəndində göstərilib ki, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək Təhsil Nazirliyinin əsas vəzifəsidir. 

Hörmətli Prezident!
 
Son zamanlar azyaşlı uşaqların başına bədbəxt hadisələrin gəlməsinin səbəbi vəzifəsindən xəbərsiz bu şəxslərdir.
 
Çox xahiş edirəm ciddi tədbir görülməsi və bu biabırçılığa son qoyulması üçün göstəriş verəsiniz.



Vətəndaş Eldəniz İsmayılov 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook