SON XƏBƏR

Təhsil nazirindən uşaq bağçaları ilə bağlı açıqlama

May 04
13:43 2022
"Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir ki, bu göstəricilər ümumilikdə qənaətbəxşdir".

Bunu "Report"un sualına cavab verən təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, uşaq bağçaları arasında yenə də problemli müəssisələr var: "Lakin bu gün həm də işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmaq plandadır. Çünki belə sistem olmadıqda uşaq və müəllim sayı çətinləşir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində proses bitəcək. Bundan sonra təhsil sistemində olduğu kimi bağçalarda da uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook