Təhsil naziri: "Çində 500 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır"
Fevral 01
16:41
2020
"Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Çindəki Azərbaycan səfirliyi vasitəsilə əlaqə saxlanılır".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Naziri Ceyhun Bayramov deyib. O bildirib ki, Çində hökumətlərarası saziş əsasında 62 nəfər azərbaycanlı tələbə, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır: "Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmadan orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur".



