“Təhsil naziri çıxıb etiraf edir ki, məktəblər təhsil vermirlər”
Avqust 29
10:18
2022
"Bir siyasi zümrə hakimiyyətinin 30 illiyini qeyd eləməyə hazırlaşdığı vaxt onun təhsil naziri çıxıb etiraf edir ki, məktəblər təhsil vermirlər. Bu, həm də təhsil sisteminin iflasının möhürlü-imzalı rəsmi etirafıdır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.
"”Qarabağ Azərbaycandır!” YAP üçün daha bir 30 il hakimiyyətdə qalmağa yetəcək şüar-kapitaldır.
Amma təəssüf ki, özlərinin də səxavətlə etiraf etdiyi kimi – təhsilsiz Azərbaycanda.
Bunun üzərinə yoxsul, ədalətsizliyin tüğyan elədiyi Azərbaycanı da gəlin, 30 ildən sonrakı Azərbaycanı canınızı üşütmə tutmadan təsəvvürünüzdə canlandırmağa çalışın”, – deyə o bildirib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev avqustun 27-də Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. Görüşdə iştirak edən direktorlardan biri "Yeni Sabah”a danışıb və bildirib ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: