Təhsil millətin gələcəyidir!
Noyabr 17
23:03
2019
Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Hər hansı bir millətin, xalqın gələcəyini görmək istəyirsinizsə, onun təhsilinə nəzər yetirin. Həmin ölkənin inkişafı, tərəqqisi xalqın təhsilindən asılıdır. Yüksək səviyyəli təhsil özlüyündə sivil toplum, peşakar mütəxəssislər, aydın və uğurlu gələcəyin təminatı deməkdir.
TEZXEBER.AZ
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan.
(Nizami Gəncəvi)
Hər hansı bir millətin, xalqın gələcəyini görmək istəyirsinizsə, onun təhsilinə nəzər yetirin. Həmin ölkənin inkişafı, tərəqqisi xalqın təhsilindən asılıdır. Yüksək səviyyəli təhsil özlüyündə sivil toplum, peşakar mütəxəssislər, aydın və uğurlu gələcəyin təminatı deməkdir.
Əgər bir ölkədə öz işinin peşəkarı olan savadlı kadrları qabağa çəkib onları məsul vəzifələrdə çalışdırırlarsa burada böyük demokratiya var. Yox, əgər xalqın maarifli gəncləri özlərini xarici ölkələrdə görürsə, burada nə təhsildən, nə də millətin gələcəyindən söz açıla bilməz.
Təhsil məcbur edilən deyil arzu olunan olmalıdır. Biz aldığımız təhsillə gələcəyimizi yaratmalıyıq. On ildən sonra harada, hansı işlə məşğul olacağımız barədə təsəvvürlərimiz olmalıdır. Amma bizim gələcəyimiz sual altındadır. Gələcək sözü özlüyündə naməlum, bəzən qorxulu, bəzən də sevinc hissi yaradır insanlarda. Biz həyata nə qədər pozitiv yanaşsaq da ətrafımızda baş verən hadisələr, gördüklərimiz, xəyallarımızı-təhsilə olan diqqətimizi yerlə bir edir.
Oxumaq! Oxumaq! Yenə də oxumaq! Amma nə səbəblə, nə məqsədlə oxuduğumuzu bilməliyik. Biz yeni bir "era” yaratmaq istəyirik, sual altinda olan gələcək yox. Arzuladığımız yerdə arzuladığımız kitabı oxumaq istəyirik. Bizim məqsədimiz bilinənləri təkrarlamaq deyil, var olmayanları, ümid olunanları yaratmaq, əldə etməkdir. Biz hər şeyi bilə bilmərik, amma bilmək istədiklərimizi araşdıraraq yeniliklərə imza ata bilərik.
Bilirsiniz bizim ölkəmiz elmi inkişafdan niyə geri qalır? Çünki hamı oxuyur, hamı hər şeyi bilmək üçün deyil, ”oxudum!" demək üçün oxuyur.
Və sonra bütün əzbərlər unudulur və sən böyük bir boşluqda kim olduğunu, nə arzuladığını belə unudaraq "gəzən canlı" olursan!
Cəmilə Cümşüdbəyli. (9-cu sinif şagirdi)