SON XƏBƏR

Təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən imtina olunub

İyun 06
11:08 2022
Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Kredit Fondundan "Report”a verilən məluamta görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib.

Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.

Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook