Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb" - TƏFƏRRÜAT
Aprel 12
14:05
2023
Xaricdə təhsil və iş üzrə "Smart Business Group” şirkətinin direktoru Anar Tapdıq oğlu Xəlilov övladlarını xaricdə tanınmış universitetlərə qəbul etdirmək, eləcə də işə düzəltmək vədləri ilə 50-dən çox adamın hər birindən 15-30 min manat arası pul alıb.
O, 4 dəfə eyni cinayət əməlini törədib. Sonuncu dəfə pulunu alıb aldatdıqlarının əlindən xaricə qaçan Xəlilov beynəlxalq axtarışa verilərək tapılıb və Bakıya ekstradisiya olunub.
Baş prokurorluq tərəfindən barəsində cinayət işi açılan və axtarışa verilən Anar Xəlilov həbs olunub Kürdəxanı təcridxanasına göndərilsə də, qısa müddət sonra hansısa şəkildə azadlığa çıxır.
Bakupost.az -a daxil olan şikayətdə zərərçəkmişlərdən biri - həkim, reanimatoloq Gündüz Qasımov Anar Xəlilovun ondan da külli miqdarda pul aldığını bildirib. Belə ki, Xəlilov Qasımovdan toplam 32 min manat alaraq, şirkət adından müqavilə də imzaladıb.
"Bu insan özünü Azər Əliyev kimi təqdim edirdi. Mənimlə birlikdə 50-dən çox insana Türkiyə, Avropa universitetlərinə qəbul, Amerikaya səyahət, Avropada iş vizası almaq, eləcə də guya Rusiya və Türkiyədən deport olunmuş şəxslərin adının siyahıdan çıxarılması vədlərini verib. Müxtəlif adamlardan ümumilikdə 100 mindən çox pul alıb. Məhkəmədə müqavilələrindəki isə rəsmi məbləğ qeyd olunub: 66 min.
Bu insan əvvəllər də eyni yolla dələduzluq edib. 3 dəfə mühakimə olunub. Axırıncı dəfə 4 il həbsdə yatıb.
Mənim ona güvənməyimin səbəbi Ucardan olması idi. Çünki özüm də Ucardanam”.
Təhsil eksperti məşhur həkimi aldatdı: 50 nəfərə 120 min manat "atıb"
Həkim bildirir ki, bir çox zərərçəkmişlərin adları siyahıya alınmayıb. Bu səbədən onlar zərərçəkmiş kimi tanınmayıb:
"Maraqlısı budur ki, mənim onunla müqaviləm, pul ödədəyim haqqında sübutlarım olduğu halda müstəntiq məni zərərçəkən kimi tanımayıb. Məhkəmə iddiasına da adımı daxil etməyiblər. Halbuki Anar məndən müqavilə ilə 22 min, əlbəəl 10 min ( cəmi 32 min) pul alıb. Dəfələrlə bu barədə danışmışıq, pulu qaytarmayacağını deyir.
Mənim adımın işə zərərçəkən kimi daxil edilməsi üçün o vaxt işi aparan müstəntiq pul tələb etdi, mən də vermədim. O da adımı siyahıya salmadı".
"Bu məsələdə işi aparan müstəntiqin əli vardı. Ona görə də onu vəzifəsindən azad etdilər. Çünki belə bir cinayətkarın azadlığa buraxılması qanunsuzdur, bütün hüquq qaydalarına ziddir".
Gündüz Qasımovun sözlərinə görə, Anarın səs yazıları, danışıqları və digər sübutlar var:
Gündüz Qasımov müvafiq orqanlardan özünün və bir neçə nəfərin rəsmən zərərçəkən kimi tanınmasının istəyir:
Qlobal.Az