Təhsil eksperti: ”Başları pul yığmağa qarışıb”
Yanvar 09
13:58
2023
"Baş verən insidentlər göstərir ki, təhsil idarəetmə orqanları, məktəb direktoru, regional Təhsil İdarəsi vəziyyətə nəzarət edə bilmir. Başları ancaq pul yığılmasına qarışıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov İmişli rayon Aran kənd məktəbinin müəllimi sözügedən məktəbdə ayaqyolunun olmaması və ayaqyolu tikilənə kimi şagirdlərin məktəbə gəlməmələrini tövsiyyə etməsi ilə bağlı yayılan video-çəkilişə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, təhsil idarəetmə orqanları şikayətlərə baxmır, məktəblərdən gələn müraciətləri araşdırmır, məktəblərdə yoxlama aparmırlar:
"Apardıqları yoxlama ancaq direktorun cibidir. Tədris ili başlayana qədər tədrisin keyfiyyətinə nəzarət edən idarəetmə orqanları məktəblərdə monitorinq aparmalı, məktəbin texniki nasazlıqlarını, çatışmazlıqlarını müəyyən edib aradan qaldırılması üçün fəaliyyətə başlamalıdır. Bundan başqa, qəzalı vəziyyətə düşmüş məktəblərdə xüsusi ilə sanitar normalara ciddi şəkildə nəzarət olunmalıdır”.
Kamran Əsədov vurğulayıb ki, hazırda ölkədə 4432 orta məktəbdən 900-ə qədəri qəzalı vəziyyətdədir:
"Yeni məktəb binası tikilib istifadəyə verilənə qədər ən azından qəzalı vəziyyətə düşmüş məktəblərdə daşınan ayaqyolu quraşdırılıb istifadəyə verilə bilər”.
Qeyd edək ki, İmişli rayon Aran kənd məktəbinin müəllimi sözü gedən məktəbdə ayaqyolunun olmaması ilə bağlı video-müraciət edib. Müraciətdə müəllimə şagirdlərə ayaqyolu tikilənə kimi dərsə gəlməmələrini tövsiyyə edib.