Tehranda polis postlarına terror hücumları olub - 10-a yaxın təhlükəsizlik əməkdaşı ölüb
Mart 12
07:31
2026
İranın paytaxtı Tehranda polis nəzarət-buraxılış məntəqələrinə edilən bir neçə hücum nəticəsində 10-a yaxın təhlükəsizlik əməkdaşı həlak olub.
APA xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Agentliyin İranın təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən verdiyi məlumata görə, polis postlarına qarşı terror hücumları nəticəsində bir qrup təhlükəsizlik əməkdaşı həyatını itirib.
Mənbələr həmçinin şəhərin bir neçə məhəlləsində partlayışlar və toqquşmaların baş verdiyini bildiriblər.
Onların iddiasına görə, hücumlar İsrailin "Mossad” kəşfiyyat xidməti tərəfindən təxribat məqsədilə təşkil olunub.



