Tədris Cərrahiyyə Klinikasının baş həkimi haqda sensasion iddialar - Rektor Gəray Gəraybəyliyə şikayət
Sentyabr 16
23:10
2016
Azərbaycan Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəyli rəhbərlik etdiyi universitet və ona bağlı olan klinikalarda kadr islahatlarını davam etdirsə də, adı mətbuatda daha çox hallanan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov hələ də "toxunulmazlığı”nı qoruyub.
Bu isə təkcə onun rəhbərlik etdiyi klinikada deyil, həm də rəsmi və ya qeyri-rəsmi nəzarət etdiyi özəl klinikaların kollektivlərində də ciddi narazlıq yaradıb.
Bu barədə Mia.az-a daxil olan məlumata görə rektor Gəray Gəraybəyli bir sıra klinikaların baş həkim və direktorları ilə vidalaşıb:
"Ancaq maraqlıdır ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi, 42 yaşlı Asiman Həsənovla bağlı nəinki hər hansı bir tədbir görülməyib, əksinə, onun digər özəl klinikalarda gün keçirməsinə də göz yumulur.
Onu da bildirək ki, mətbuatda onun haqqında çox sensasion məlumatlar yayılıb. Baş həkim Asiman Həsənovun adı hətta "MTN işi"ylə bağlı həbs olunan generallarla işbirliyində və digər neqativ hallarda da çəkilib.
İddialara görə, MTN-dəki məlum cinayətkar şəbəkənin uzantıları Səhiyyə Nazirliyinə də gedib çıxıb və nazirliyin strukturundakı bəzi şəxslər keçmiş nazirliyin əməkdaşları ilə əlbir olub. Onlardan biri də Asiman Həsənovdur. İddia olunur ki, onun MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovla və digər həbs olunan və ya çıxarılan generallarlla da gizli əlaqələri olub. Asiman Həsənovun özəl səhiyyə sektorunda, eləcə də, Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında at oynatması, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsində məhz bu şəbəkənin mühüm rol oynadığı deyilir.
Əlbəttə, mediada bu günədək yayılan və təkzib edilməyən bu faktların nə dərəcə doğru olduğunu müvafiq qurumlar yoxlamalı və ölçü götürməllidir. Təkrar edirik, bu, bizim işimiz deyil, rəsmi qurumların yoxlamalı olduğu məqamlardır.
Ancaq bu, dəqiq bi faktdır ki, Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini də inhisara alıb, onlara faktiki rəhbərlik edir. Bundan başqa, o, həm yerli, həm də əcnəbi həkimləri istismara məruz qoymaqla yetmir, eyni zamanda, iş və müalicə prosesinə də ciddi nəzarət edə bilmir. Çünki bu adamın rəsmi bir iş yeri yoxdur. Təkrar edirik, o ən azı 5-6 özəl klinikalarla da işbirliyi içindədir. Elə isə sual olunur, axı bu adam necə vaxt çatdırıb, Tibb Universitetinin ən mühüm müalicə müəssisələrindən olan Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsini də keyfiyyətli şəkildə icra edə bilər?!
Siz götürün telefonu zəng edin və yaxud birbaşa gedin "Grand Hospital”, "Medical Plaza”, "Azərtürk Med Hospital”, Tədris Cərrahiyyə Klinikası və "Laçın Klinikası”na, soruşun, o klinikalarda hamı deyəcək ki, bizim baş həkimimiz Asiman Həsənovdur.
Bu isə ən əvvəl Əmək Məcəlləsinin də kobud pozuntusudur.
Belə ki, o, Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərini də kobud surətdə pozaraq, həm də qanunsuz sahibkarlıqla məşğuldur . Bu da cinayət məsuliyyətinin yaranması deməkdir. Çünki qeyri-qanuni sahibkarlıq fəaliyyəti nəticəsində qeyri-qanuni gəlir əldə olunması və vergidən yayınmanın cəzası Cinayət Məcəlləsində 192, 193 və 213-cü maddələrində açıq göstərilib.
Digər yandan, əgər rəsmi sənədlərdə bu fakt, yəni Asiman Həsənovun digər klinikalarda da baş həkim kimi rəsmiyyətə alınmaması və yaxud alınması, o cümlədən, onun sahibkarlıqla məşğul olması faktları gizlədilibsə, o zaman həm həmin özəl klinikaların sahibləri də, həm də müvafiq vergi və digər qurumların məsul şəxsləri də belə kobud qanun pozuntularına görə məzuliyyətə cəlb olunmalıdırlar”.

Qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmasa da, onu da dinləməyə hazırıq.
Qlobal.az