Təbrizli yazıçı: “Həmişə Azərbaycan türkcəsində yazmaq istəmişəm”
Dekabr 12
18:05
2015
İranın nüfuzlu yazıçılarından biri, Azərbaycan əsilliFəriba Vəfi Almaniyanın Qərb və İslam dünyası əlaqələrinə həsr olunmuş "qantara.de” səhifəsinə müsahibə verib.
Müsahibəsində İslam İnqilabından əvvəlki və sonrakı İran qadınından, İran cəmiyyətinin problemlərindən və öz yaradıcılığından danışıb.
Ondan soruşublar:
"Sizin doğma diliniz Azərbyacan türkcəsidir, Təbrizdə doğulmusuz. Bu dildə də yazırsızmı?”
F.Vəfi cavab verib:"Yox. Həmişə arzulamışam Azərbaycan türkcəsində yazmağı. Ümid edirəm, bir gün bunu edəcəyəm. Bəzən mən fars dilində yazanda ifadə edə biləcəklərimin bir hissəsinin öz doğma dilimdə barmaqlaırmın arasından süzüldüyünü hiss edirəm. Necə ki, yuxunu danışanda bir hissəsi itir, bax, elə yazıram fars dilində. Həmişə yazmaq istədiklərimin bir hissəsini itirə-itirə.”
Fəriba Vəfi 1963-cü ildə Təbrizdə doğulub, İranda və Avropa ölkələrində nəşr olunmuş 20-ə yaxın kitabın müəllifidir
(azadliq.org).