"Təbrizin ərazisini daha da kiçiltməyə çalışırlar” - Güney azərbaycanlı deputat

Fevral 14
13:29
2023
"Təbrizin inkişafına mane olmaq, onu daha da kiçiltməyə çalışırlar”.
"Report” "GünAzTV”yə istinadən xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi, deputat Əhməd Əlirzabeygi deyib.
Onun sözlərinə görə, Təbrizin ətrafını ayırıb rayona, şəhərə çevirmək təklif olunanda bununla hökumət və parlamentdəkilər tez razılaşırlar: "Bu bizə, təbrizlilərə xidmət göstərmək üçün edilmir. Bu addım Təbrizin inkişafına mane ollmaq, onun ərazisini daha kiçiltmək üçün atılır”.
Qeyd edək ki, Tehran rejimi Azərbaycan ərazisini kiçiltmək, şəhərləri balacalaşdırmaq kimi pəhləvilərdən qalma ənənəni davam etidirirlər. İndiyədək Güney Azərbaycan ərazilərindən kəsərək yeni əyalətlər yaradıblar. İran hakimiyyəti uzun illərdir Güney Azərbaycanın Təbriz şəhərinin ərazisini kiçiltməyə çalışır.