Təbrizdə türk adı qoyulan körpəyə sənəd verilmir
Dekabr 29
12:12
2022
Güney Azərbaycanın Təbriz şəhər sakininin yeni doğulan körpəsinə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir.
"Report” xəbər verir ki, məlumatı "Azad İran” yayıb.
Bildirilib ki, körpə iki həftədir dünyaya gəlib. Ona Elana adı qoyublar. Ancaq Təbrizin Qeydiyyat İdarəsi türk adı seçilməsinə qarşı çıxdığı üçün körpə şəxsiyyət vəsiqəsi almaqdan məhrum edilib.
Məlumata görə, Təbrizdən olan ictimai fəal Hamid Allahverdipur Qeydiyyat İdarəsindən məhkəməyə şikayət edəcəyini bildirib.
Xatırladaq ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.