SON XƏBƏR

TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır

Noyabr 14
01:02 2025
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "Praysvoterhauskupers Audit Azərbaycan" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, TƏBİB şirkətdən kənar audit xidməti alacaq. Buna görə "Praysvoterhauskupers Audit Azərbaycan" MMC-yə 1 829 000 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Praysvoterhauskupers Audit Azərbaycan" MMC 18 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 90 A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sahukat Ali Shabbir Tapiadır. 

"Praysvoterhauskupers Audit Azərbaycan" MMC "PricewaterhouseCoopers" ("PwC”) şirkətinin törəməsidir. "PwC” beynəlxalq audit şirkətidir. 

TƏBİB-in rəhbəri Vüqar Qurbanovdur. O, 2022-ci ildən quruma rəhbərlik edir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook